Ana Səhifə

HSUtvald.svg
Həftənin seçilmiş məqaləsi
University of South Florida wordmark.svg
Cənubi Florida UniversitetiAmerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən dövlət universitetidir. Universitetin əsas kampusu Floridanın Tampa şəhərinin şimalında, digər kampuslar isə Floridanın Sarasota, Sankt-PeterburqLeykland kimi başqa şəhərlərində yerləşir. Universitet Carneige Dərnəyinin apardığı sorğu nəticəsində ən çox araşdırma aparılan universitet kateqoriyasında yer alır.

1956-cı ildə qurulan Cənubi Florida Universiteti Florida UniversitetiMərkəzi Florida Universitetindən sonra Florida əyalətində üçüncü ən böyük universitet olaraq göstərilir. Eyni zamanda, universitetə 2007-ci ilin payızında 45.24 tələbə qeydiyyat olmuşdu. Tələbə sayı baxımından da Amerikanın doqquzuncu ən böyük universiteti xüsusiyyətini daşıyır. Cənubi Florida Universiteti, Carnegie Dərnəyinə görə İctimai İnteqrasiya universiteti xüsusiyyətini daşıyan bir universitetdır. Həmçinin, universitetin biomolekulların təyin edilməsi məqsədi ilə qurmağa çalışdığı texniki mərkəz üçün ayırdığı 8 milyon ABŞ dolları pul, Florida Texnologiya, Araşdırma, Kurs quruluşu tərəfindən bu tərz bir iş üçün ayrılan ən geniş büdcə olaraq göstərilmişdir. Princeton Review adlı Amerikan təhsil qurumu universiteti Amerikanın ən yaxşı 366 universiteti arasında göstərmişdir. Amerikanın ən geniş miqyaslı Parkinson, Altsheymer və Huntington xəstəlikləri araşdırma mərkəzləri də Cənubi Florida Universitetində yerləşir.

(Davamı...)

HS VdQ.svg
Həftənin yaxşı məqaləsi
Laocoon and His Sons.jpg
Laokoon və oğulları — (it. Laocoonte e i suoi figli) və ya “Laokoon qrupu” (it. Gruppo del Laocoonte) — Vatikanın Pio-Klementino Muzeyində Laokoon və oğullarının ilanlarla olan mübarizəsini təsvir edən heykəl. 1506-cı ildə qazıntılar zamanı Romada aşkara edilmiş heykəl Vatikanda yerləşdirilmiş və ictimai baxışı təşkil edilmişdir. Ehtimal edilir ki, “Laokoon və oğulları” Böyük Plininin təriflədiyi məşhur heykəldir.[1] Heykəli təşkil edən fiqurlar demək olar ki, təbii boy ölçüsündədir, ümumilikdə heykəl bir metrdən bir qədər artıq hündürlüyə malikdir. Heykəl Troya kahini olan Laokoon və onun oğulları Antifant və Timbreyə dəniz ilanının hücum etməsi səhnəsini təsvir edir.

Bu əsər incəsənət tarixində “insan əzabı ikonasının prototipi” adlandırılmışdır. Xristian incəsənətində tez-tez təsvir edilən və İsanın əziyyətləri, o cümlədən cəfakeşləri göstərmək üçün istifadə olunan aqoniyadan fərqli olaraq Laokoonun əziyyəti günah yumaq üçün vasitə deyil və mükafatlandırılmır. Əziyyət fiqurların əyilmiş üz mimikalarında (Çarlz Darvin qeyd edir ki, Laokoonun qabarıq qaşları fizioloji olaraq mümkün deyil),> o cümlədən müqavimət göstərən bədənlərin, xüsusilə Laokoonun bədəninin gərgin əzələlərində ifadə olunur.

(Davamı...)

HS Liste.svg
Həftənin seçilmiş siyahısı
Qurban Qurbanov.jpg
Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısıQurban Qurbanov hücumçu mövqeyində oynamış keçmiş Azərbaycan futbolçusudur. O, hazırda Ağdamın "Qarabağ" klubunun (2008-ci ildən) baş məşqçisidir.

Qurbanov Azərbaycan milli futbol komandasının ən məhsuldar oyunçusudur. Keçmiş hücumçu 1992-2005-ci illərdə çıxış etdiyi Azərbaycan millisində 68 oyunda 14 qol vurub. Qurbanov artıq 12 ildir futbolçu karyerasını bitirsə də, hələ də millisinin ən məhsuldar oyunçusu olaraq qalmaqdadır.

Qurbanov 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoxlama oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib. O, matçın 46-cı dəqiqəsində Mahmud Qurbanovu əvəzləyib. Qurbanov millinin heyətində sonuncu oyununa 7 sentyabr 2005-ci ildə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya ilə keçirilən qarşılaşmada çıxıb.

HSCommons.svg
Günün seçilmiş şəkli
Wien Deutschordenskirche Innenraum 01.jpg
PL Wiki Aktualnosci ikona.svg
Xəbərlər
Greta Thunberg 02 cropped.jpg


Son ölümlər: Yalçın Əfəndiyev, Yuri Lujkov, Yevda Abramov

Datum16.svg
Tarixdə bu gün
  • 1631Vezuvi vulkanının püskürməsi nəticəsində 4000 nəfər həlak olmuşdur.
  • 1773Boston çay qonaqlığı - Amerika müstəmləkəçiləri çay vergisinə etiraz əlaməti olaraq, ingilis gəmilərinə hücum edərək 300-dən çox çay qutusunu dənizə tökmuşdür.
  • 1920 — 8,5 bal gücündə zəlzələ Çinin Qansu əyalətində 180 000 insanın ölümünə səbəb olmuşdur.
  • 1990Jan-Bertran Aristid Haitinin demokratik yolla hakimiyyətə gələn ilk prezidenti olmuşdur.
  • 1971Hindistan ordusu Şərqi Pakistanın paytaxtı Dəkkə şəhərini işğal etmiş, Pakistan hərbi qüvvələri təslim olduqdan sonra atəşkəs elan etmişdir.
  • 1991 — Naxçıvan MR Ali Məclisi 31 dekabrı "Dünya azərbaycanlılarının birlik və həmrəylik Günü" kimi rəsmiləşdirmişdir.
  • 1993 — ABŞ-da insanın genetik xəritəsi hazırlanmışdır.

Digər günlər: 15 dekabr16 dekabr17 dekabr

PL Wiki CzyWiesz ikona.svg
Bilirsinizmi...
Vikipediya məqalələrindən
Şamaxı çariçası