redaktə
Pyeslər![]() ![]() Xəsis — Əhvalat Parisdə baş verir. Varlı və xəsis Harpaqonun iki övladı var: Kleant və Elis. Kleant anasıyla kasıb həyat tərzi yaşayan Marianla evlənmək istəyir, qızı Elis isə atasının qulluğunda duran Valerə aşiqdir. Uşaqlarının sevgi macəralarını bilməyən Harpaqonun fikri isə tam başqadır. O, uşaqlarının ikisini də varlı insanlarla evləndirmək istəyir. Marianı isə hiyləgər Frozin sayəsində özünə gəlin gətirmək istəyir. Atasının niyyətindən xəbərdar olan kimi Kleant təcili pul tapmağa çalışır, faizlə pul verən insanları araşdırmağa başlayır. Harpaqon isə oğurlanacağından qorxduğu qızıllarını sandığa qoyub baxçada basdırır. Harpaqon istəklərini həyata keçirmək üçün Marianı şam yeməyinə dəvət edir. Onunla birlikdə Frozin və qızını evləndirməyi düşündüyü Anselmi də çağırır. Kleant və Marian Frozindən onlara kömək etməsini istəyirlər. Frozinin fikrinə görə Harpaqonun Mariandan əl çəkməsi üçün varlı və adlı-sanlı bir qadınla rastlaşmalıdır. Həmin vaxt Harpaqon oğlunun Mariana etdiyi etirafları eşidir və evdə qiyamət qopur.
redaktə
Rejisorlar![]() ![]() Adil Rza oğlu İsgəndərov — (d.5 may 1910 cu il, Gəncə — ö.18 sentyabr 1978 ci il, Bakı) Azərbaycanın görkəmli teatr-kino rejisoru, aktyoru və pedaqoqu. 1959 cu ildən SSRİ xalq artisti, 1948 ci ildən SSRİ dövlət mükafatı (Stalin mükafatı) lauryatı.
redaktə
Aktyorlar![]() ![]() Sona Salman qızı Hacıyeva (25 iyun, 1907, Şəki – 24 dekabr, 1979, Bakı) – Azərbaycan aktrisası. Mədəniyyət tariximizin unudulmaz simalarından biri olan xalq artisti Sona Hacıyeva milli səhnəmizin ən parlaq ulduzlarından biri olmuşdur. O, elə bir zamanda səhnə fəaliyyətinə başlamışdı ki, bu ağır sənətə nəinki qadınların, hətta kişilərin də belə gəlməsi xoş olmayan münasibətlə qarşılanır, ağır hadisələrlə nəticələnirdi. Görkəmli səhnə ustalarından Əbülhəsən Anaplının, Əbülfət Vəlinin, Hüseyn Ərəblinskinin qətlə yetirilməsi çoxunun gözünü qorxutsa da, millətinin sabahını düşünən işıqlı insanları öz əqidəsindən döndərə bilməmişdi. Belə bir qorxulu və çətin şəraitdə teatra üz tutanlar, sənəti ürəkdən sevənlər, xalqın savadlanması, maariflənməsi üçün həyatlarını çəkinmədən qurban verirdilər.
redaktə
Teatrlar![]() ![]() Məhəllə teatrı çex. Stavovské divadlo (orijinal adı "Qraf Nostitz teatrı" çex. Hraběcí Nosticovo divadlo, sosializm dövründə "Tılov teatrı" çex. Tylovo divadlo) - Praqanın Praqa 1 rayonunda, Köhnə şəhərin "Meyvə bazarı" (çex. Ovocný trh) adlanan meydanında yerləşir. Teatrdan solda xalq arasında "Dəmir qadın" kimi tanınan "Daş qonaq" heykəli, teatrın arxasında isə məşhur passaj yerləşir.
redaktə
Təqvim![]() ![]() May
redaktə
Dramaturqlar![]() ![]() Cabbarlı Cəfər Qafar oğlu (d. 20 mart 1899, Xızı, Rusiya İmperiyası – ö. 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi (1932). 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur. Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. O, Azərbaycan dramaturgiyasında sosial realizmin banisi sayılır. Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır. Atası Qafar kişi Bakıda kiçik ticarət ilə məşğul olurdu. 1902-ci ildə Qafar kişi vəfat etdikdən sonra ailənin bütün yükü Cəfərin anası Şahbikə xanımın üzərinə düşür.
redaktə
Şəkil qalereyası
|
Portal:Teatr
This page is based on a Wikipedia article written by contributors (read/edit). Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply. Images, videos and audio are available under their respective licenses. Cover photo is available under CC BY 2.0 license.