Mündəricat
"Medicus curat, natura sanat - Təbiət sağaldır, həkim kömək edir".
redaktə
Seçilən məqaləQalxanabənzər vəzi - lat. glandula tyreoidea tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşmişdir. Rəngi sarımtıl-qırmızı, konsinstensiyası yumuşaq və xarici səthi paylıdır. Qalxanabənzər vəzinin bir boğazı - lat. ithmus və iki yan sağ və sol payları - lat. lobi dexter et sinister vardır. Boğaz yan paylardan ensiz və kiçikdir, ön səthi çıxıq, arxa səthi basıqdır, özüdə nəfəs borusunun 1,3 və 4-cü halqalarına söykənmişdir. Yan paylar ellipsoid şəklində olub, bayır səthləri çıxıq, içəri səthləri basıqdır. Bəzən üçüncü piramidayabənzər pay - lat. lobus pyramidalis təsadüf olunur; bu pay çox vaxt boğazdan, bəzən yan paylardan (ümumiyyətlə sol paydan) başlayıb - qırtlağın ön səthi ilə yuxarıya qalxır və qalxanabənzər qığırdağın ön səthinə söykənərək dilaltı sümüyünə çatır. Qalxanabənzər vəzin bir payının boylama ölçüsü 6 sm, eni 4 sm və qalınlığı 2 sm olur. Qadınlarda çəkisi kişilərə nisbətən çox olur, bəzən hamiləlik dövründə daha da artır.
redaktə
Seçilən şəkil
redaktə
Dərman bitkiləriKeşniş (botaniki adı lat. Coriandrum sativum) — çətirçiçəklilər (Apiaceae [Umbelliferae]) fəsiləsinə aid bitki növüdür. Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara mənsubdur. Çiçək tacı çəhrayı rəngdədir. Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir Ģəklində gövdəsinin baĢında yerləĢir. Çiçəkləri ilk önсə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir. Ləçək yarpaqları 5 ədəd, bir-birindən aralı olur. Ləçəkləri açıq-çəhrayı rəngli olanlar geniş yayılmışdır. Dişiciyi iki yuvalı, aşağı yumurtalıqlıdır və hər yuvasında bir yumurtacığı olur.
redaktə
DərmanlarMorfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir. Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdur
redaktə
Bilirsinizmi
redaktə
Tibbin şöbələri
redaktə
Tibbi indekslər: Xəstəliklər • Simptomlar • Sindromlar • Dərmanlar • Terminlər • Müdaxilələr • Ləvazimatlar
redaktə
Hippokrat andı
redaktə
Təqvim
redaktə
Mərhəmət1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
redaktə
Kateqoriyalar
redaktə
Əlaqəli portallar
|
Portal:Tibb
This page is based on a Wikipedia article written by contributors (read/edit). Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply. Images, videos and audio are available under their respective licenses. Cover photo is available under CC BY 2.0 license.